İran xalqının əksəriyyəti nə məcburi hicab istəyir, nə də İslam Respublikası sistemi

GAMAAN qrupunun 2020-ci ildə dinlə bağlı keçirdiyi sorğu İranda sekulyarizmin formalaşdığını təsdiqləyir.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, sorğuda iştirak edənlərin 90 faizindən çoxu dindar ailələrdə və ya dini ayinlərlə məşğul olan ailələrdə böyüdüklərini desələr də, təxminən yarısı həyatları boyu sekulyarlaşıb.

Respondentlərin 72 faizi məcburi hicaba açıq şəkildə qarşı olduqlarını bildiriblər.

Kənd yerlərində yaşayanlar da daxil olmaqla, 50 yaşdan yuxarı ali təhsili olmayan kişilər də məcburi hicaba qarşıdır.

Rəyi soruşulanların 23%-i hicabın dini rolunu vurğulasa da, 57%-i hicab taxmaq üçün dini inanclarının olmadığını bildirib. Bu cür dünyəliviliyə yönəlmə İran qadınlarının indiki ümumxalq etirazlar zamanı niyə ictimai yerlərdə hicabı yandırdığını və İslam Respublikasının mahiyyətinə qarşı şüarlar səsləndirdiyini anlamağa kömək edir.

“İran qadınları üçün hicab İslam Respublikasının əl işi olan “Berlin divarıdır”, – deyə məlumatda qeyd edilib.

Hamısını Göstər

Related Articles

Back to top button