İran XİN başçısı: Dəməşqdəki konsulluğun binasına hücum beynəlxalq konvensiyaların pozulmasıdır
![](/wp-content/uploads/2024/04/f463c9fc-3c10-3f02-a517-9f6fa6545d9b_850-780x470.jpg)
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İsrailin Suriyadakı diplomatik nümayəndəliyinə zərbələrini pisləyərək bunu beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.
Polise.az IRNA-ya istinadən xəbər verir ki, bu barədə İranın XİN başçısı suriyalı həmkarı Veysəl Meqdadla telefon danışığı zamanı deyib.
“[İsrailin Baş naziri Binyamin] Netanyahu İsrail rejiminin Qəzzada silsilə uğursuzluqları və sionistlərin iddialı məqsədlərinə çata bilməməsi səbəbindən ağlını itirib”, – iranlı nazir deyib.
Əmir Abdullahian İranın Dəməşqdəki konsulluğunun binasına hücumu bütün beynəlxalq öhdəlik və konvensiyaların pozulması hesab edib, həmçinin bu hərəkətin məsuliyyətini Təl-Əvivin üzərinə qoyaraq beynəlxalq ictimaiyyətin belə hücumlara ciddi cavab verməsinin vacibliyini vurğulayıb.
Polise.az