İran XİN başçısı türkiyəli həmkarını yeni əməliyyatın olmayacağına əmin edib
![](/wp-content/uploads/2024/04/Без-названия-6.jpg)
İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian türkiyəli həmkarı Hakan Fidan ilə telefonla danışıb.
Polise.az xəbər verir ki, bu barədə Türkiyə XİN-ə yaxın mənbə məlumat yaylb.
İran XİN başçısı deyib ki, Tehran İsrailə qarşı yeni əməliyyatlar planlaşdırmır:
“İsrailə qarşı əməliyyat başa çatıb və İrana hücum olunmayınca yeni əməliyyata başlamayacaq. İran yenidən hücuma məruz qalsa, daha sərt cavab verəcək”, – mənbə bildirib.
Polis.az