İrandan Azərbaycana 43 kiloqrama yaxın narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 43 kiloqrama yaxın narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

Bu barədə  Polise.az -a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində son günlərdə Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının sayıqlığı nəticəsində ümumi çəkisi 42 kiloqram 970 qram narkotik vasitə marixuananın və 12 ədəd narkotik tərkibli güclü təsiredici Metadon M – 40 həblərinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button