İrandan növbəti gülünc addım – Rəsmi Bakıdan şikayət etdi

Ötən gün İranın molla rejiminin deputatları Azərbaycanı İsraildə səfirlik açdığına görə ittiham ediblər, bizi məzlum fələstinlilərin haqqına girməkdə günahlandırıblar. Bununla bağlı İslam Əməkdaşlıq Təşkilatına müraciət ünvanlayaraq, “müsəlman ölkələrini və azadlıqsevər dünyanı Azərbaycanı qınamağa səsləyiblər”.

Mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, İran parlamentinin qəbul etdiyi bu bəyanatın Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur.

Oqtay Qasımovun sözlərinə görə, İran adlanan ölkənin əslində, İslamla əlaqəsi yoxdur:

“Orda mövcud olan din anlayışı əslində, Xomeyniçilikdir. İranın dini siyasəti və dini manipulyasiya etməsi islama son yarım əsrdə çox ciddi zərbə vurub. Bütün dünya İranı terrorçu bir dövlət kimi qəbul etdiyi halda onların Azərbaycanı İsraildə səfirlik açmaqla bağlı qınaması və yaxud da bununla bağlı İslam Əməkdaşlıq Təşkilatına müraciət etməsi gülüncdür. Bu bəyanatın heç bir siyasi dəyəri və hüquqi əsası yoxdur. Əvvəla, İsraildə müxtəlif müsəlman ölkələrinin səfirlikləri fəaliyyət göstərir. Azərbaycan da müstəqil bir ölkədir. Azərbaycan öz maraqlarına uyğun öz siyasətini davam etdirəcək. Bizimlə normal dostluq münasibəti olan ölkələrlə yüksək səviyyəli münasibətlər quracağıq. Artıq Ərəb dövlətləri İsraillə normal münasibətlər qurmaqdadır. Bura Səudiyyə Ərəbistanını, Birləşmiş Ərəb Əmirliklərini, Körfəz ölkələrini, Afrikada yerləşən ərəbdilli dövlətləri, Misiri və s. aiddir. İranın bu mənasız müraciətinin heç bir təsiri olmayacaq”.

Politoloq qeyd edir ki, İsraillə düşmənçilik siyasəti İranın Fələstin xalqının qeydinə qalmaq niyyətindən doğmur. Bu sadəcə, olaraq İranın ambisiyalarından və özünün siyasi məqsədlərindən doğan bir məsələdir:

“Əslində, İranda molla rejimi qurulandan sonra Fələstinlilərin problemləri daha da çox artdı. İran əgər Fələstini bu cür müdafiə edirsə, ora hansı humanitar yardımı edib? Bu yalançı dəstək həmişə özünü İranın Fələstində müdafiə etdiyi terrorçu qruplaşmaları silah-sursatla təmin edərək bölgədə münaqişəni daha da qızışdırmasında göstərib. Bu xətt Fələstinlə İsrail arasında danışıqlara da böyük əngəl törədir. Əgər İran islama hörmət edən dövlət olsaydı, Azərbaycanın işğal olunmuş ərazilərində 65 məscidin dağıdılmasına, məscidlərdə üzdən iraq heyvanların saxlanılmasına göz yummazdı. Heç olmasa buna münasibət bildirərdi. İşğal olunmuş ərazilərdən qovulan 1 milyonluq müsəlman qardaş-bacılarının dərdinə yanardı. Onların haqlarının müdafiəsində səsini çıxarardı. İran qonşuluğunda olan dövlətlərin içində terrorçu qrupları yaradaraq öz siyasətini həyata keçirməyə çalışır. Ermənistanı çıxmaq şərtilə heç bir qonşu dövlətlə normal münasibəti yoxdur”.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button