İranla sərhədin açılmasını tələb edən İraq rəsmisi həbs edildi

İraqın Meysan bölgəsinin Əyalət Şurasının sədri Mustafa Dəir Əbdülhəsən həbs olunub.

Polise.az xəbər verir ki, qərar onun İranla sərhəd-keçid məntəqəsi açılmayacağı təqdirdə itaətsizliyə çağırmaq və yolları bağlamaqla hədələməsi səbəbindən verilib.

İraq Baş nazir Administrasiyası bu təhdidlərə görə Meysan Əyalət Şurasının sədrindən şikayət etmişdi.

Əbdülhəsən İranla Əl-Şeyb sərhəd-keçid məntəqəsi açılmayacağı təqdirdə bütün yolları bağlayacağı ilə hədələmişdi.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button