İranlı deputat Ermənistanın təxribatını pisləyən bəyanat yayıb

“Ermənistanın təxribatı nəticəsində Tovuz bölgəsində şəhid olan hərbçilərə görə dost Azərbaycan dövlətinə və xalqına başsağlığı verirəm”.

APA-nın Tehran bürosunun məlumatına görə, bu, İran parlamentinin ictimai komissiyasının sədr müavini Vəli İsmailinin yaydığı bəyanatda deyilib.

Ermənistanın Azərbaycan ərazilərinin işğalını pisləyən V. İsmaili qeyd edib ki, işğalçı ölkələrin bölgədə sabitliyi pozmasına icazə verilməməlidir.

Mənbə
apa.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close