İSA HƏBİBBƏYLİNİN GENERAL OĞLU SAXLANILIB? – “Oğlumla əlaqə qurmaq imkanım olmayıb…”
Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsində əməliyyat keçirib. Əməliyyat nəticəsində saxlanılanların olduğu bildirilir.
![](http://www.bakupost.az/uploads/images/2022-11-23-17-00-31lnSgmvsN1kOb63pvtGSK_file.png)
Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsinin sədri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəylinin oğlu, general-leytenant Səhət Həbibbəylidir.
Səhət Həbibbəyli 2019-cu ilin mart ayında bu vəzifəyə təyinat alıb.
İsa Həbibbəyli oğlunun rəhbəri olduğu Naxçıvan Dövlət Gömrük Komitəsində keçirilən əməliyyatdan danışıb.
O, “Unikal”a açıqlamasında bu sözləri deyib:
“Hazırda Naxçıvan Gömrük Komitəsində yolxama aparılır. Oğlum da yoxlamalarda iştirak edir. Onunla əlaqə qurmaq imkanım olmayıb. Saxlanılıb-saxlanılmadığına dair dəqiq məlumatım yoxdur”, – deyə o bildirib.