İsgəndərdən nə zaman və harada istifadə edildiyi açıqlandı

44 günlük müharibə zamanı işğalçı ordunun tərkibində döyüşən və məşhur erməni polkovnik Vahan Badasyan “İsgəndər” raketindən nə zaman və harda istifadə olunduğu ilə bağlı açıqlma verib.

Ermənistanın “İravunk” nəşrinə istinadən bildirilir ki, müharibə zamanı başından ağır yaralanan Vahan Badasyan “İsgəndər” raketindən Şuşa ətrafında gedən döyüşlər zamanı istifadə olunduğunu deyib.

“İsgəndər”in həqiqətən Şuşadakı müharibənin son günlərində atəş açdığı deyilir: “Xəstəxanada idim, ancaq yaxınlarım müharibənin son günlərində Şuşa şəhərində xüsusi partlayışlar eşidildiyini söylədilər. Bizim ehtimalımıza görə, bu “İsgəndər”in partlayışının səsi idi”.

Məlumat üçün bildirək ki, polkovnik Vahan Badasyan 1968-ci ildə Azərbaycanda – Xocavənd rayonunun Köhnə Tağlar kəndində anadan olub. Birinci Qarabağ müharibəsi zamanı seperatçıların tərkibində Azərbaycana qarşı döyüşüb. Seperatçı rejimin “millət vəkili” və Hadrud şəhərinin “bələdiyyə sədri” olub. 2014-cü ildə Suriyanın Kesab bölgəsində yaşayan ermənilərə yardım etmək üçün silahlı dəstə yaratdığını açıqlayıb.

Hamısını Göstər

Related Articles

Back to top button