İşğalçı Ermənistan ordusu bir gündə 77 hərbçisini itirdi

İşğalçı Ermənistan hərbi itkilərini açıqlamaqda davam edir.
“Sputnik Armenia” saytına istinadən xəbər verilir ki, düşmən oktyabrın 18-də daha 37 hərbçisini itirib.
Buna qədər səhər 40 erməni hərbçinin məhv edilməsi təsdiqlənmişdi.
Qeyd edək ki, Ermənistan tərəfi 700-dən çox hərbçisinin öldüyünü etiraf edib.
