“İslam Pespublikası İran Ermənilərlə ittifaqa girib” Şəmsəddin Əliyev

“Arazı ayırdılar

Qum ilə doyurdular.

Mən Səndən ayrılmazdım

Zülm ilə ayırdılar!”- demişdi qardaş Türkiyənin Qardaş prezidenti ƏRDOĞAN!Bu gün,AzTv-də Rövşən müəllimin “Həftə” analitik verilişini maraqla dinlədim.Həmişə olduğu kimi,gözəl gedişlər,siyasi və diplomatik mesajlarla zəngin şərhlər məni çox məmnun etdi.”Həftə”də İran da yad edildi.Necə deyərlər;”Uman yerdən küsərlər!”Eyni torpağa səcdə etdiyimiz,eyni kitaba and içdiyimiz,əl basdığımız və müqəddəs sandığımız Allah evini-Kəbəni həmişə birlikdə təvaf etdiyimiz qonşu İran 30 il ərzində və 44 gündən sonra da bizə qarşı qardaş kimi davranmadı. Bizə qol açmadı.Amma mömin qardaşının namusuna təcavüz edən, Allah evini murdarlayan kafirlərə qucaq açdı və açır…Səcdəyə qapıldığımız Allah evlərində donuz caxlayanlarla ittifaqa girir…Bizə arxa çevirir,düşmənlə qolboyun olur!Söz tapmaqda çətinlik çəkirəm.Məgər biz qardaş deyilik ? İran xristianlığımı qəbul etdi?(Əstəğfirullah) Vallah,ürək ağrımasın neynəsin!?Axı biz,İslam dininə mənsubuq.İslam isə bir kəlmə olaraq Allaha təslim olma,əmin amanlıqda və sülh içrə yaşamaqdır.Din qardaşlarını sevmək,lazım gələrsə onlara dayaq olmaq,yardımlaşma və birlik içində yaşamaqdır İslam.İran çox gözəl bilir ki, qəlb birliyi içində cəmiyyət üçün təhlükəsiz bir həyat yaratmadan Allaha bəndəlik vəzifəsini layiqincə yerinə yetirmək də mümkün deyil.Bu dünyadan sonra o dünya da var…Rəbbimiz fitnə-fəsad törədənləri də əsla sevməz.O ki, qaldı İranın din qardaşına qarşı fitnəli niyyəti birbaşa cəhənnəmlikdir! Bunu “qardaş” İran əlbəttə anlayır,özü də çox yaxşı anlayır.

Ən Nisa surəsinin 128-ci ayəsindən də İranın xəbəri var:”Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur.Xeyir ancaq yaxşılıq etməyi və ya insanlar arasında sülh yaratmağı əmr edən kimsənin söhbətindədir”.”Möminsinizsə heç olmazsa Allahdan qorxun…”- deyilir Rəbb kəlamlarında.

İndi,İslam Pespublikası İran Ermənilərlə ittifaqa girib,Araz çayının sahilində hərbi təlim-məşq keçirməklə nə demək istəyir? Gücünü mömin qardaşınamı göstərmək istəyir? Fayda nist!”Həqiqətən möminlər dində qardaşdırlar.İki qardaşınızın arasını düzəldin.( qardaşlar arasında mübahisə düşərsə),( Əl Hucurat,10) Bax belə…

Zaman görür öz işini tavanla tir arasında

Sən demə,bir rəqəm varmış iki ilə bir arasında…Bəxtiyar Vahabzadə

Hamısını Göstər

Related Articles

Back to top button