İsmayıllı rayon sakinlərindən qanunsuz saxladıqları ov tüfənglərigötürülüb

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan
odlu silah-sursatla bağlı keçirilən əməliyyatlar nəticəsində rayon sakinlərindən
müxtəlif markalı ov tüfəngləri aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Polise.az-a
verilən məlumata görə, müvafiq icazələri olmayan şəxslər tərəfindən mülki silahın
saxlanılması, daşınması və satılması hallarının qarşısının alınması məqsədilə son
iki gün ərzində keçirilən tədbirlər zamanı rayon sakinləri – Asiman Gərayev, Fazil
İsayev, Natiq Hüseynov və Tural İbrahimovdan qanunsuz olaraq saxladıqları
ümumilikdə 4 ədəd “İJ”, eləcə də “Toz” markalı ov tüfəngi aşkarlanıb.

Həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün rayon
məhkəməsinə göndərilib.

Qeyd edək ki, yanvar ayı ərzində isə rayon polis şöbəsinin əməkdaşlarının
bu istiqamətdə keçirdikləri tədbirlərlə müvafiq sənədləri olmayan ümumilikdə 5
tüfəng vətəndaşlardan aşkar edilərək götürülüb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button