Zərdabda qanunsuz silah-sursat aşkarlanıb.

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan
silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Polise.az-a verilən məlumata
görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə rayonun
Burunlu kənd sakinləri H.İsgəndərovdan və A.Rəhimovdan müvafiq sənədləri
olmayan ov silahları aşkarlanaraq götürülüb.
Faktla bağlı Zərdab RPŞ-də araşdırmalar aparılır.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button