İsmayıllıda nömrəsiz avtomobil idarə edən sürücülər inzibati məsuliyyətə cəlb ediliblər
İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin
əməkdaşları tərəfindən dövlət nömrə nişanı olmadan nəqliyyat vasitəsi idarə
edən sürücülərin müəyyən olunaraq inzibati məsuliyyətə cəlb edilmələri
məqsədilə profilaktik tədbirlər keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata
görə, rayon ərazisində keçirilən tədbirlər zamanı hərəkətdə olan və üzərində
dövlət nömrə nişanı olmayan nəqliyyat vasitələri saxlanılıb.Onların sürücüləri
ilə maarifləndirici söhbətlər aparılıb və avtomobillərin bu şəkildə idarə
edilməsinə qanunvericiliyin normalarında icazə verilmədiyi izah olunub.
Həmin şəxslərin hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq
maddələri ilə protokol tərtib edilib.