İsmayıllıda oğurluq və dələduzluq edən keçmiş məhkum saxlanılıb

İsmayıllının Eyyubbəyli  kəndi  ərazisində yerləşən fermer təsərrüfatlarının birindən qoyunların oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, polis əməkdaşları  tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 5 baş qoyunu oğurlayan şəxsin əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunmuş Laçın rayon sakini Yasin Əhmədov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.  Saxlanılan şəxs ifadəsində oğurladığı heyvanları Bakı şəhəri ərazisində satdığını bildirib.

Aparılmış araşdırmalarla Y.Əhmədovun daha bir cinayət  əməlinin üstü açılıb. Belə ki, onun Ağsu rayon sakini Lətif İbrahimova məxsus mobil  telefonu dələduzluq yolu ilə ələ keçirdiyi məlum olub.

Faktlarla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Hamısını Göstər

Related Articles

Back to top button