“İsrailə getmək layihəmiz var idi. Ləğv etdik”

“İlk olaraq Fələstin məsələsinə insani prizmadan baxdıq, insan həyatını müdafiə etdik. Oktyabrın 7-dən böhranın daha da genişlənməsinin qarşısını almaq üçün əlimizdən gələni etdik. Qəzza əhalisinin ehtiyaclarını qarşılamaq üçün 8 təyyarə dolusu yardım, yaralıların müalicəsi üçün 25 nəfər həkimimizi Misirə göndərdik”.

Polise.az  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bildirdik ki, dinc əhalini, o cümlədən İsaridən olan mülki şəxsləri hədəf alan hərəkətləri və hücumları qəbul etmirik. Bizim İsrail dövləti ilə heç bir problemimiz yoxdur, amma biz heç vaxt dövlət əvəzinə bir təşkilat kimi rəftar edilməsini bəyənməmişik. Qəzzada məzlum insanlara qarşı tarixin ən qəddar hücumlarından birini həyata keçirirlər.

Ölənlərin yarısı uşaq, qalanları isə onların anaları və ailə böyükləridir. Təkcə bu, bir vəhşiliyin olduğunu göstərmək üçün kifayətdir. Xəstəxanaları, ibadət yerlərini, bazarları yandıran və bu qeyri-insani hərəkəti davam etdirən başqa ordu tapa bilməzsiniz”, – Türkiyə lideri bildirib.

Prezident Ərdoğan Qərbin İsrailə dəstəyinə də diqqət çəkib:

“Görüşlər keçirirlər, son görüşlərində bir araya gəldilər. Bütün Qərb HƏMAS-ı terror təşkilatı kimi görür. Ey İsrail, sən təşkilat ola, Qərbin sənə çox borcu ola bilər, amma Türkiyənin sənə heç bir borcu yoxdur. HƏMAS isə terror təşkilatı deyil, öz torpaqlarını və vətəndaşlarını qorumaq üçün mübarizə aparan azadlıq və mücahid qrupudur”.

Türkiyə prezidentinin İsrail Baş naziri Benyamin Netanyahu ilə bağlı da danışıb:

“Netanyahu adlı bu adamın əlini həyatımda bir dəfə sıxmışam. Əlbəttə, yaxşı niyyətimiz vardı, ondan sui-istifadə etdilər. İsrailə getmək layihəmiz var idi, ləğv etdik. Bizim xoş niyyətimizdən sui-istifadə etdilər”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button