İsrail Yəməni vurdu – ölən və yaralananlar var
İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın cənubundakı Adlun bölgəsində “Hizbullah”ın silah anbarlarının yerləşdiyi əraziyə zərbələr endirib.
Polise.az xəbər verir ki, bu barədə Janoubia xəbər portalı məlumat yayıb.
Qırıcılar silahlıların hərbi obyektlərinə beş raket atıb. Nəticədə, güclü yanğın baş verib. Sursatların partlaması isə səlahiyyətliləri təhlükəsizlik baxımından Sayda – Tir magistral yolunu iki saatlıq bağlamağa məcbur edib.
Yerli mülki müdafiə xidmətinin məlumatına görə, üç mülki şəxs qəlpələrdən yaralanıb və xəstəxanaya aparılıb. “Hizbullah”ın üzvləri arasında itkilərin olması barədə məlumat verilmir.
Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Yəmənin Hudeydə limanı yaxınlığındakı hərbi obyektlərə zərbələr endirib.
Polise.az