İsrailin BMT-dəki daimi nümayəndəsi Baş katibin yenidən istefasını tələb edib
İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan BMT-nin baş katibi Antonio Quterreşin Fələstinin radikal HƏMAS hərəkatı ilə bağlı dediyi açıqlamanı qeyri-qənaətbəxş hesab edib və onu yenidən istefaya çağırıb.
Polise.az xəbər verir ki, bu barədə israilli diplomat “X” hesabında yazıb.
“Baş katibin sözlərindən geri çəkilməməsi və hətta dünən söylədiklərinə görə üzr istəməyə belə gücü çatmaması BMT üçün ayıbdır”, – paylaşımda qeyd edilib.
Onun sözlərinə görə, oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumunun təsadüfən baş vermədiyini deyən Quterreş, eyni zamanda israillilərlə fələstinlilər arasında münaqişənin fonuna istinad edərək reallığı növbəti dəfə təhrif edir.
“Günahsız insanların qətlinin heç vaxt heç bir fonla izah edilə bilməyəcəyini anlamayan Baş katib ola bilməz. Terrorla və dünya vəhşiliyi ilə mübarizə aparmağa çağırılan BMT-yə rəhbərlik edən adamın belə düşünməsi təəssüf doğurur. İsrail təşkilatın ölkəmizə qarşı davamlı qərəzliliyinə və nifrətinə daha dözməyəcək”.
Polise.az