İyunun 7-də piyadaların vurulması ilə nəticələnən yol qəzaları

İyunun 7-də saat 4 radələrində Füzuli rayonunun Böyük Bəhmənli kəndində yolun kənarında dayanmış Aşağı Yağlıvənd kənd sakini T.Ağammədov müəyyən edilməmiş avtomobillə vurulmuş və nəticədə o, hadisə yerində ölmüşdür.
Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.

***

İyunun 6-da saat 17 radələrində Naxçıvan şəhərində şəhər sakini G.Şirinova idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən həmyerlisi N.Məmmədovanı vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Naxçıvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button