İyunun 9-da baş verən yol qəzaları

İyunun 9-da saat 18 radələrində Cəbrayıl rayonunun Qumlaq kəndində Zamiq Əliyevin idarə etdiyi “Niva” və R.İsayevin idarə etdiyi “Great Wall Wingle” markalı avtomobillər toqquşub. Nəticədə Z.Əliyev hadisə yerində ölüb, sərnişini və digər sürücü xəstəxanaya yerləşdiriliblər.
Cəbrayıl Rayon Polis Şöbəsində araşdırma aparılır.

***

İyunun 9-da saat 21 radələrində Bərdə şəhəri ərazisində “VAZ-21011” markalı avtomobillə yolu keçən şəhər sakinləri B.Cəfərli və Rövşən Mirzəyev vurulub və sürücü hadisə yerini tərk edib. Nəticədə R.Mirzəyev hadisə yerində ölüb, digər piyada isə xəstəxanaya yerləşdirilib.
Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsinin sürücüsü Ə.Şahverdiyev müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.

***


İyunun 9-da saat 17 radələrində Beyləqan rayonunun Bolsulu kəndi ərazisində rayon sakini İ.Əliyev idarə etdiyi “VAZ-21013” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü və 2 sərnişini xəsarətlə xəstəxanaya yerləşdirilib, onlardan Məyiş Hüseynov orada ölüb.
Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button