Jdanov: Rus sərhədçilər icazə verməsə, ermənilər girə bilməz

Erməni terrorçularının Azərbaycan ərazisinə kəşfiyyat-diversiya keçidləri Rusiya sərhədçilərindən yan keçməklə baş vermir.

Bu barədə hərbi ekspert, ehtiyatda olan polkovnik Oleq Jdanov son vaxtlar Azərbaycan ərazisinə daxil olan Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarından danışarkən bildirib.

“Dəqiq məlumatlar var ki, Rusiya hərbçiləri ermənilərin təxribatçı hücumları barədə əvvəlcədən xəbərdar olub və buna göz yumub. Rusiya sərhədçiləri artıq uzun müddətdir ki, bu ərazilərdə xidmət aparır. Aydındır ki, onlar sərhəd xətti boyu və ona yaxın bütün ərazidəki hər daşın yerini bilir. Onların xəbəri olmadan bu ərazilərdə heç nə tərpənə bilməz”, – deyə o qeyd edib.

Hamısını Göstər

Related Articles

Back to top button