Jirinovski: Bu türk xalqlarına Rusiyada ev verilsin

Rusiyaya gələn miqrantları ölkənin boş kəndlərinə göndərmək lazımdır.

Bu təklifi rusiyalı siyasətçi Vladimir Jirinovski “Komsomolskaya pravda” radiosunun efirində səsləndirib.

“Onlara Rusiyanın boş kəndlərində ev verək, orada yaşasınlar. Axı onlar bacarıqlı əkinçilərdir. Məsələn, qazaxlar və qırğızlar köçərilərdir… Taciklərlə özbəklər isə əkinçilərdir”, – o bildirib.

Jirinovskinin sözlərinə görə, bu cür yanaşma bir neçə məsələni həll etməyə imkan verəcək. Bir tərəfdən ölkədə əhalinin sayı artacaq, digər tərəfdən isə torpaq problemi həll ediləcək.

Hamısını Göstər

Related Articles

Back to top button