Jirinovskidən şok – Belarus Rusiyaya daxil olsun

Rusiya Liberal Demokrat Partiyasının (RLDP) rəhbəri Vladimir Jirinovski sosial şəbəkə səhifəsində Belarus Prezidenti Aleksandr Lukaşenko ilə bağlı ilginc təklifini paylaşıb.

Jirinovski bunları yazıb:

“Lukaşenko üçün ssenari: Belarus 6 bölgə olaraq Rusiyanın tərkibinə daxil olur, Lukaşenko Rusiya Kənd Təsərrüfatı naziri təyin edilir.

Əks halda, Lukaşenkonu Pinoçetin taleyi gözləyir. İki şər arasında seçim etmək məcburiyyətində qalırıq. Belaruslar Lukaşenkodan bezib. Lakin qərbyönümlü müxalif daha betərdir. Artıq ingiliscə danışıb, AB bayraqları dalğalandırırlar”.

Mənbə
axar.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close