Kəmaləddin Heydərov Qəbələdə vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qəbələ şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən avqustun 19-da Qəbələ şəhərində, Nazirliyin Şimal-qərb Regional Mərkəzinin binasında saat 11.00-dan Qəbələ və Oğuz rayonları sakinlərinin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 18 avqust 2022-ci il tarixdə Nazirliyin Şimal-qərb Regional Mərkəzinin binasında saat 09.00-da başlayacaq.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:
tel: +994 (12) 512-01-14
e-mail: [email protected]

Hamısını Göstər

Related Articles

Back to top button