Kənd təsərrüfatı naziri İnam Kərimov Ali Məhkəmənin hakimi təyin ediləcək

Hazırda kənd təsərrüfatı naziri vəzifəsində çalışan Kərimov İnam İmdad oğlunun Ali Məhkəmənin hakimi təyin edilməsi təklif edilir. Milli Məclisə “Azərbaycan Respublikası Ali Məhkəməsi hakiminin təyin olunması haqqında” məsələ daxil olub. Məsələ bu gün parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasının gündəliyinə daxil edilib. Müzakirələrdən sonra məsələ parlamentin plenar iclasına tövsiyə edilib.

İnam Kərimov Ali Məhkəmənin hakimi təyin olunur.

Bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Məsələ ətrafında deputatlar çıxış ediblər. Müzakirələrdən sonra sənəd parlamentin sabah keçiriləcək iclasına tövsiyə olunub.

İ.Kərimov hazırda kənd təsərrüfatı naziridir.

Qeyd edək ki, Ali Məhkəmənin sədri postu bir aydır boşdur. Əvvəlki sədr Ramiz Rzayevin səlahiyyət müddəti ötən ay bitib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button