Kabil hava limanında 40 nəfər həlak olub

Əfqanıstan paytaxtının hava limanında 40 nəfər mülki şəxs həlak olub.

Bu barədə “TOLO News” ərazidə olan “Taliban” nümayəndəsinə istinadən məlumat yayıb.

Hərəkat rəsmisi xarici hərbçilərin aeroporta toplaşmış yerli sakinlərə atəş açdığını, bunun, eləcə də sıxlığın nəticəsində 40 nəfər mülki şəxsin öldüyünü bildirib.

O, insanları evlərinə qayıtmağa və şayiələrə inanmamağa çağırıb.

Hamısını Göstər

Related Articles

Back to top button