Kahramanmaraşda yenidən ZƏLZƏLƏ
Türkiyənin Kahramanmaraş şəhərinin Goksun bölgəsində 4,5 bal gücündə zəlzələ olub.
Polise.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələnin 3.82 kilometr dərinlikdə olduğu bildirilib.
Dağıntı və xəsarət alanlar barədə məlumat açıqlanmayıb.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ ciddi dağıntılara səbəb olub. Son məlumatlara görə, zəlzələ zamanı ölənlərin sayı 38 mini keçib.