Kaluqa azərbaycanlıları Türkiyəyə humanitar dəstək göstərib

Rusiyanın Kaluqa şəhərində yaşayan Azərbaycan icması Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım göndərib.

Diasporla İş üzrə Dövlət Komitəsində AZƏRTAC-a bildiriblər ki, Kaluqa regional Azərbaycan milli-mədəni muxtariyyətinin rəhbəri Əbülfət Qurbanov soydaşlarımızın qardaş Türkiyədə dağıdıcı zəlzələ nəticəsində baş verən fəlakəti ürəkağrısı ilə qarşıladıqlarını qeyd edib. Humanitar yardım kampaniyasına qoşulan azərbaycanlıların köməyi ilə zəlzələdən zərərçəkmişlər üçün 600 min rubl (13 min 650 manat) dəyərində humanitar yardım toplanıb.

Humanitar yardım Türkiyənin Rusiyadakı səfirliyinə təhvil verilib.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button