Kamran Əliyev: “Cinayət törətmiş ermənilərə müraciət edirəm ki, könüllü təslim olsunlar”
Azərbaycanın Baş prokuroru Kamran Əliyev cinayət törətdiyinə görə beynəlxalq axtarışa verilən ermənilərə müraciət edib.
Polise.az-ın xəbərinə görə, Baş prokuror jurnalistlərə açıqlamasında deyib ki, axtarışda olan şəxslər var: “Onlara müraciət edirəm ki, könüllü şəkildə təslim olsunlar”.
Baş prokuror qeyd edib ki, artıq axtarışda olan 4 nəfər həbs olunub.
Polise.az