Ağdaşda məclis təşkil edənlər saxlanıldı

Ağdaş respublikada elan edilmiş xüsusi karantin qaydalarını pozaraq, şəhər ərazisində yerləşən kafelərin birində 50 nəfərdən artıq şəxsin bir yerə toplaşaraq məclis təşkil etdiyi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, həmin şəxslər restoranın açılışını qeyd etmək  məqsədilə bir yerə toplaşdıqlarını bildiriblər. Polis əməkdaşları tərəfindən məclisi təşkil edən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub və baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə obyekti işlədən Asif İbrahimov 10 gün müddətinə inzibati həbs olunub, digərləri isə cərimələniblər.

Mənbə
qafqazinfo.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close