Kasım-Jomart Tokayev: 2040-cı ilədək Qazaxıstanda su qıtlığı 12-15 milyard kubmetrə çata bilər

Əhalinin və iqtisadiyyatın artımı ilə əlaqədar olaraq, 2040-cı ilədək Qazaxıstanda su qıtlığı 12-15 milyard kubmetrə çata bilər.

Polise.az  Qazaxıstan Respublikası Prezidentinin iqamətgahına istinadla xəbər verir ki, bu barədə dövlət başçısı Kasım-Jomart Tokayev respublika parlamentinin növbəti sessiyasının açılışındakı çıxışında bildirib.

Bununla əlaqədar olaraq, Qazaxıstan rəhbəri Su Ehtiyatları və İrriqasiya Nazirliyinin, həmçinin bu nazirliyin nəzdində Milli Hidrogeologiya Xidmətinin yaradıldığını bəyan edib.

“Su ehtiyatları ölkəmiz üçün neft, qaz və ya metal ehtiyatlarından heç də az əhəmiyyət kəsb etmir. Hesab edirəm ki, su təsərrüfatı sisteminin səmərəli inkişafı ilə ayrıca qurum məşğul olmalıdır. Bununla əlaqədar olaraq, Su Ehtiyatları və İrriqasiya Nazirliyi yaradılır”, – deyə Kasım-Jomart Tokayev qeyd edib.

Onun sözlərinə görə, sudan istifadə ilə bağlı pozuntular qanunla təqib ediləcək və qanunvericiliyin müddəalarına əsasən ciddi şəkildə cəzalandırılacaq.

“Ölkəmiz transsərhəd su mənbələri ehtiyatlarından asılı vəziyyətdədir. Avrasiyanın çayları və su kanalları xalqları və iqtisadiyyatları birləşdirməyə xidmət edən ümumi təbii sərvətimizdir. Bu məsələ ilə bağlı qonşularımızla və dost dövlətlərlə hər zaman ortaq məxrəc və qarşılıqlı konsensus tapmaq lazımdır. Buna görə də, etibarlı su siyasətinin həyata keçirilməsi, transsərhəd sularından istifadə problemlərinin həll edilməsi hökumətimizin vacib vəzifələrindəndir” – Qazaxıstan Respublikasının Prezidenti qeyd edib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button