Keçmiş məhkum narkotik satarkən saxlanılıb

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan polise.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş M.Qasımov narkotik vasitə satarkən saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən 25 qram heroin, 6 qram psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkarlanıb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq M.Qasımovun yaşadığı evə keçirilən baxış zamanı oradan 1 kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hamısını Göstər

Related Articles

Back to top button
Close