Kir Starmer Rusiyanı “nəslin təhlükəsi” adlandırıb

Britaniyanın yeni Baş naziri Kir Starmer Rusiyanı “nəslin təhlükəsi” adlandırıb.

Polise.az  xəbər verir ki, Starmerin bu sözlərini Telegraph nəşri dərc edib.

“Biz Şimali Koreya və İran kimi ölkələr tərəfindən dəstəklənən Rusiyadan gələn nəsil təhlükəsi ilə üz-üzəyik”, – deyə o bildirib. Baş nazir əlavə edib ki, NATO-nun baş verənlərə reaksiyası dünyanın onilliklər üçün gələcəyini müəyyən edəcək. Bundan əlavə, o, NATO ölkələrini hərbi xərclərini ÜDM-in 2,5 faizi səviyyəsinə çatdırmağa çağırıb.

Kir Starmer bundan əvvəl onu da demişdi ki, Ukrayna Rusiyaya zərbə endirmək üçün Britaniya silahlarından necə istifadə edəcəyinə özü qərar verməlidir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə cavabında bildirib ki, “bu, eskalasiyanı artırmaq və vəziyyəti ciddi şəkildə gərginləşdirmək istiqamətində çox məsuliyyətsiz addımdır” və Kreml təbii olaraq müvafiq tədbirlər görəcək.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button