“Kiyevə verilən silahlar terrorçuların əlinə keçəcək və ABŞ-a qarşı istifadə ediləcək” – Ekspertlər Açıqladı
“Kiyevə tədarük edilən silahlar qara bazara çıxarıla bilər”.
Bu barədə beynəlxalq ekspertlərin açıqlamalarında qeyd olunur. Bildirilir ki, Kiyevə verilən silahlara nəzarət etmək cəhdləri məhdud effekt verəcək. Sonda isə bu silahlar qara bazara çıxarılacaq, yaxud ABŞ və müttəfiqlərinə qarşı istifadə edilmək üçün terrorçuların əlinə keçəcək:
“Çox güman ki, böyük miqdarda silahlar qara bazara çıxacaq və təkcə ultra-millətçilərin deyil, eləcə də digər terrorçuların əlinə keçəcək. İroniya odur ki, bu silahlardan bəziləri Avropa və ABŞ-a yönələ bilər. Beləliklə, biz terrorçuların öz ölkələri üçün təhlükə riskini artırırıq” – Vaşinqtondakı Avrasiya Mərkəzinin vitse-prezidenti Erl Rasmussen bildirib.
Ekspertin sözlərinə görə, əvvəlki hərbi münaqişələrin təcrübəsindən məlumdur ki, göndərilən silahların əksəriyyəti heç vaxt cəbhə xəttinə çatmır. Bu silahlar ya qara bazarda satılacaq, ya da anbarlarda ruslar tərəfindən məhv ediləcək.
Rasmussenə görə, təkcə ötən il Taliban (terrorizmə görə, BMT-nin sanksiyaları altındadır) təqribən 80 milyard dollar məbləğində ABŞ istehsalı silahlar alıb. Böyük həcmdə Amerika silahlarının ekstremist qrupların nümayəndələrinin əlinə keçdiyi təxmin edilir.
“Amerika” Universitetinin professoru Piter Kuznik Ukraynaya verilən silahlara nəzarət imkanlarını şərh edərək, bu silahların hara çatacağının bəlli olmadığını deyib.