Kiyevin Vaşinqtondan gözləntisi: Müharibə bitənə kimi…

Ukrayna Prezident Aparatı Co Bayden administrasiyasından Rusiyaya yeni sanksiya rejimi tətbiq edilməsini gözləyir.

Bu barədə danışan Ukrayna PA rəhbərinin müavini Yuliya Sviridenko sanksiyaların münaqişə bitənə qədər qüvvədə qalmalı olduğunu deyib.

“ABŞ Ukraynadakı müharibə bitənə qədər yeni hərtərəfli sanksiya rejiminin tətbiq olunmasını düşünərsə, biz çox minnətdar olacağıq. Və bu sanksiyalar şərq əraziləri və Krım tamamilə Ukraynanın nəzarətinə qaytarılana qədər qüvvədə qalmalıdır. Yeni sanksiyaların “Şimal axını 2″ qaz kəməri layihəsinə tətbiq olunması vacibdir”, – Y.Sviridenko qeyd edib.

Hamısını Göstər

Related Articles

Back to top button