Köçəryan mitinqdə elan etdi: Hər şey məhv oldu

Ermənistan ərazi itkisi ilə yanaşı, Qarabağ məsələsi üzrə bütün “kozır”ları xərclədi.

Bu sözləri Ermənistan keçmiş prezidenti Robert Köçəryan bu gün İrəvanda keçirilən mitinqdə deyib.

O bildirib ki, Birinci Qarabağ müharibəsində “qələbədən” sonra İrəvanın ciddi diplomatik rıçaqları var idi:

“Bütün bunlar indi yoxdur. Bir nəfər qərara gəldi ki, şəxsi nöqteyi-nəzərindən danışıqlara başlayacaq. O, danışıqlarda bütün bizim üstünlüklərimizi, qələbəmizi məhv etdi. Danışıqlar kompromislərə əsaslandıqda uğurlu olur, amma indi bu kompromis üçün bizdə nə var? Heç nə qalmadı”.

Hamısını Göstər

Related Articles

Back to top button