Saakaşvili Rustavi türməsindən çıxarıldı
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Rustavi həbsxanasından çıxarılıb.
Bu barədə sabiq prezidentin anası Quili Alasaniya məlumat verib.
O bildirib ki, oğluna baş çəkmək istəsə də, onu həbsxanaya buraxmayıblar:
“İki zirehli avtomobil gəldi, daha sonra üzərimizdən helikopter uçdu”.
Gürcü mediasının iddiasına görə, Saakaşvili helikopterlə Qori hərbi hospitalına aparılıb.
***
M.Saakaşvili türmə xəstəxanasına yerləşdirilib.
Bu barədə Gürcüstan Penitensiar Xidmətinin məlumatında deyilir.
Bildirilib ki, eks-prezidentin səhhətindəki ağırlaşmanın qarşısını almaq üçün o, 12 saylı penitensiar müəssisədən məhkumlar üçün nəzərdə tutulan 18 saylı tibbi müəssisəyə köçürülüb.