Koçaryanın ittiham olunduğu maddə dəyişdirilə bilər

Ermənistanın ikinci prezidenti Robert Koçaryanın ittiham olunduğu “konstitusiya quruluşunu devirmək” maddəsi “vəzifə səlahiyyətlərini aşmaq” maddəsinə dəyişdirilə bilər.

Bu barədə “Sputnik” ittihamçılardan Qevork Baqdasaryana istinadla məlumat yayıb.

Bundan əvvəl Ermənistan Konstitusiya Məhkəməsi “konstitusiya quruluşunu devirmək” maddəsini Ali Qanunun iki maddəsinə zidd olduğunu deyib və etibarsız hesab edib.

Məhkəmə qərarı dərc olunduğu andan qüvvəyə minib.

Koçaryanın vəkilləri bildiriblər ki, Konstitusiya Məhkəməsinin qərarı bu maddəyə əsasən cinayət təqibinə xitam verilməsini nəzərdə tutur.

Hamısını Göstər

Related Articles

Back to top button