Komitə sədri: Cinsi zorakılığa görə cəzaların sərtləşdirilməsi vacibdir

Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var.

Polise.az xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda oktyabrın 27-də parlamentdə keçirilən birgə dinləmədə səsləndirib.

Komitə sədri diqqətə çatdırıb ki, həm həyatımız, həm də dünyada gedən proseslər ölkəmizdə qadınların hüquqlarının mexanizmlər və hüquqi aktlarla daha da möhkəmləndirilməsini tələb kimi qarşıya qoyur.

Gender bərabərliyinə münasibətdə Azərbaycanda vəziyyətin digər ölkələrlə müqayisədə müsbət olduğunu diqqətə çatdıran Bahar Muradova cinsi zorakılığa görə cəzaların sərtləşdirilməsinin vacibliyini qeyd edib.

“Qadınların hüquqlarının qorunması istiqamətində məhdudiyyət yaradan amillər aradan qaldırılmalıdır”, – deyə dövlət komitəsinin sədri bildirib

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button