Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının mayın 25-də növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Polise.az-a bildirilib ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 26, 78.1 və 87.1-ci maddələrinin və “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinin şərh edilməsinə dair Sumqayıt Kommersiya Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.
Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyunun 14-nə təyin edilmiş iclasında baxılacaq.
Polise.az