Korona xəstələri belə ölür – Həkim açıqladı

Ölkəmizdə koronavirusa yoluxan xəstələrin ağırlaşması may ayında müşahidə olundu.

Bunu ATU-nun Tədris-Terapevtik Klinikasının reanimasiya şöbəsinin müdiri Emil Qasımov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. O bildirib ki, xəstəlik ağciyər çatışmazlığı ilə özünü büruzə verib:

“Əsasən yanaşı xəstəliyi olan xəstələrdə – artıq çəkidən əziyyət çəkənlər, ürək, böyrək və sair xəstəliyi olan şəxslərdə ağırlaşmalar müşahidə olundu və kəskin tənəffüs çatışmazlığı sindromu yarandı. Koronavirus yeni olduğu üçün, hələ məlumatların az olması səbəbilə immunit sistemimiz bu virusa anormal cavab verir və virus orqanizmi zədələnməyə başlayırdı. Yoluxma zamanı ağciyərlər iltihabi maye ilə dolur və oksigenin alışı, karbonun verilməsi prosesi dayanır. Orqanizm oksigeni ala bilmədiyi üçün digər orqanlarda da zədələnmə baş verir. Dünyada daha çox ağciyər çatışmazlığı səbəbindən koronavirus xəstələri dünyasını dəyişir və ölkəmizdə bu say 6 faiz təşkil edir”.

Mənbə
axar.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close