Koronavirusu simptomsuz keçirənlər daha ehtiyatlı olmalıdırlar
Koronavirusu simptomsuz keçirənlər payız-qış aylarında digərərindən daha artıq ehtiyatlı olmalıdırlar. Həkimlər infeksiyanı simptomsuz keçirənlərin yenidən yoluxma riski iə bağlı xəbərdarlıq ediblər.
Türkiyə mətbuatına istinadən xəbər verilir ki, virusa yoluxan, amma əlamətləri olmadığından müalicə almayanların bir çoxunda qanın laxtalanması müşahidə edilib. İngiltərədə aparılan araşdırmalar isə göstərib ki, COVİD-19-a yoluxanların 33 faizində gələcəkdə Alzheimer xəstəliyinin yaranma ehtimalı yüksəkdir.
Türkiyənin Beyin-Damar Xəstəlikləri Dərnəyinin rəhbəri professor Dərya Uludüz bildirib ki, koronavirusu yüngül keçirənlər digərlərindən daha artıq ehtiyatı olmalıdırlar. “Günlük yoluxma sayına yox, reanimasiyada olan xəstələrin sayına baxmaq lazımdır. Çünki son 1 ayda reanimasiyada olan xəstələrin sayı 2 dəfə artıb”,-Uudüz deyib.
Onun sözlərinə görə, COVİD-19 beyin-damar problemi olan xəstələrdə əlamətsiz ötüşməyəcək. Hətta xəstələrin gələcəkdə iflic olma riski də yüksəkdir. “Narahatedici odur ki, son vaxtlar xüsusilə cavanlar arasında ağırlaşmalar müşahidə edilir. “Asemptomatik” dediyimiz, xəstəiyi əlamətsiz, yaxud yüngül keçirənlər daha çox risk atındadırlar. Çünki infeksiyaya qarşı güclü immunitet yaranmır. Buna görə də təkrar yoluxma təhükəsi qalmaqdadır”.
Professorun fikrincə, payız-qış ayları youxmalar artacaq. 2 min xəstə üzərində araşdırma aparılıb və bəlli olub ki, koronavirusdan sağalandan sonra əlamətlərin qalma faizi qrip virusundan 3-4 dəfə çoxdur.