Korotçenko: Vaşinqton, Paris və Brüsselə Cənubi Qafqazda sülh lazım deyil

Bu və ya digər brend altında saxta malların Rusiyaya idxalına istənilən cəhdin qarşısı alınmalıdır.

“Polise.az” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko Rusiyanın Ukraynada müharibə aparmasına görə 2023-cü ilin mayında Rusiya bazarından çıxdığını açıqlamış Fransanın “Pernod Ricard” şirkətinin Rusiyaya erməni konyakı adı altında məhsul tədarükünü şərh edərkən deyib.

O əlavə edib ki, Rusiya bazarda leqal qaydada və qanuni tələblərə uyğun fəaliyyət göstərməyə hazır olan bütün xarici şirkətlər üçün açıqdır.

“Rəsmi kanallardan kənar tədarük edilən heç bir fransız məhsuluna ehtiyacımız yoxdur. Ona görə də hesab edirəm ki, Rusiya gömrük strukturları və istehlak üçün nəzərdə tutulmuş alkoqollu məhsulların keyfiyyətinə və qiymətləndirilməsinə cavabdeh olan strukturlar bu və ya digər şəkildə Rusiya qanunvericiliyinin pozulmasını göstərə biləcək istənilən fakta diqqət yetirəcəklər”, – politoloq vurğulayıb.

Eyni zamanda, Korotçenko qeyd edib ki, Ermənistanda hökumət anti-Rusiya ritorikasını gücləndirərsə, Rusiya Ermənistan məhsulları ilə bağlı müəyyən tədbirlər görə bilər.

“Bilirsiniz, Belarus ölkə ərazisində erməni konyakının dövriyyəsini qadağan edib. Bu, Paşinyanın Belarusun müxalifətçiləri ilə görüşündən və Belarusun maraqlarına zərər vurmağa cəhc etməsindən sonra baş verib. Siyasət və iqtisadiyyat bir-biri ilə sıx bağlıdır”, – o bildirib.

Korotçenko xatırladıb ki, Ermənistan Avrasiya İqtisadi Birliyi çərçivəsində imkanlarından istifadə edir və çox ciddi iqtisadi üstünlüklər qazanır.

“Əlbəttə, Paşinyan getdikcə daha quduzlaşan anti-Rusiya mövqeyi tutarsa, o zaman gec-tez Rusiya ilə Ermənistan arasında ticari-iqtisadi dövriyyə ilə bağlı bəzi iqtisadi məhdudiyyətlər gələ bilər və olmalıdır. Rusiya, əlbəttə ki, sanksiya tətbiq etmək niyyətində deyil, lakin hansısa ölkə özünü dostcasına aparmırsa, Rusiyanın maraqlarına zərər vuracaqsa, bu və ya digər şəkildə müəyyən təsir tədbirləri gələcək. Bu baxımdan, bu və ya digər şəkildə buna gəlib çıxsaq, təəccüblənmərəm”, – o bildirib.

Eyni zamanda o, Rusiyanın postsovet məkanında ticari-iqtisadi əlaqələrin gücləndirilməsinin tərəfdarı olduğunu söyləyib:

“Yeri gəlmişkən, Ermənistan ticarət dövriyyəsini çox böyük templə artırıb. Onlar sanksiya məhdudiyyətlərindən, o cümlədən öz xeyrinə istifadə edir. Amma bir daha təkrar edirəm, siyasət və iqtisadiyyat bir-biri ilə əlaqəli şeylərdir. Siyasi baxımdan münasibətlər pis ola-ola ticarət və iqtisadi baxımdan münasibətlərin səmərəli inkişafından danışmaq yersizdir. Ona görə də Paşinyan Rusiyaya qarşı düşmənçilik siyasətinin daşıdığı riskləri də ölçüb-biçməlidir”.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button