Kreml rəsmisi Qarabağ danışıqları barədə: “İmzalanma ərəfəsi çox gərgin keçdi”

Rusiya Prezidenti Vladimir Putinin Dağlıq Qarabağ münaqişəsinin həllində əhəmiyyətli rolu olub.

RT xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.

“İmzalanma ərəfəsi çox gərgin, bəzən, demək olar ki, gecə-gündüz işləməklə keçdi – bu, Prezident Putinin əməyi idi”, – Kremlin sözçüsü bildirib.

Onun sözlərinə görə, Rusiya lideri bütün vaxtı telefonla danışıb, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar aparıb:

“Bir daha təkrar edirəm, bu, bir gündən çox davam edib”.

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Back to top button