KTMT “Zəngəzur məsələsi”nə nöqtə qoydu: Hücum deyil!

Ermənistanın cənubunda Azərbaycanla yeni sərhədin müəyyənləşdirilməsiylə əlaqədar olaraq situasiyanın gərginləşməsi sərhəd insidentidir və KTMT-nin kollektiv müdafiə haqqında nizamnaməsindəki müddəalara müvafiq deyil.

Bunu KTMT Baş katibi Stanislav Zas deyib.

“Anlamaq lazımdır ki, KTMT-nin potensialı yalnız aqressiya, hücum halında işə düşür. Burada sərhəd insidentiylə qarşılaşmışıq. Allaha şükür ki, orada qurbanlar, atışma yoxdur. Bu sərhəd insidentidir, onu həll etmək lazımdır və biz sülh yoluyla həllinə tərəfdarıq”, – deyə o bildirib.

Hamısını Göstər

Related Articles

Back to top button