Kürdəmirdə ətrafı məişət tullantıları ilə zibilləyən şəxslər müəyyən edilib

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Polise.az-a
verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən
məişət tullantılarının urnalardan kənara atılmasının qarşısının alınması məqsədilə
rayon ərazisində reydlər keçirilib.
Keçirilən tədbirlər zamanı ətraf mühitin çirkləndirilməsi halları üzrə 12 fakt
aşkarlanıb. Qeyd edilən qayda pozuntusuna yol verən şəxslərlə izahedici söhbətlər
aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət
tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol
tərtib olunub.
Onların hər biri qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunublar.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button