Lənkəran Şəhər Rayon Polis Şöbəsində Zəfər Günü ilə əlaqədar tədbir təşkil edilib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, əvvəlcə Lənkəran ŞRPŞ-nin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə tər güllər düzüblər. Sonra Lənkəran ŞRPŞ-nin inzibati binasında Vətən müharibəsi iştirakçılarının və polis əməkdaşlarının iştirakı ilə böyük qələbəmizə həsr olunmuş tədbir təşkil olunub. Çıxış edən ŞRPŞ-nin rəisi, polis polkovniki Azər Cahangirov Vətən müharibəsində qazanılmış qələbənin şanlı tariximizin ən parlaq səhifələrindən olduğunu bildirib. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə silahlı qüvvələrimizin 44 gün ərzində göstərdiyi rəşadətdən, bütün dünyanı heyrətə salan hərbi nailiyyətlərimizdən bəhs edib, xalqın qəhrəman övladlarının igidlik nümunələrindən söz açıb. Tədbirdə həmçinin, Vətən müharibəsindəki döyüşlərdə fərqlənən və hazırda Lənkəran ŞRPŞ-də xidmət edən polis əməkdaşlarının təltif olunduğu medallar onlara təqdim edilib və xatirə şəkli çəkdirilib.