Lənkəranda dövlət yol polisi yeni dərs ilinin başlanması ilə bağlı tədbirləri davam etdirir

Yeni dərs ilinin başlanması ilə əlaqədar baş verə biləcək yol qəzalarının qarşısının alınması və məktəblilərin təhlükəsizliyinin təmin olunması məqsədilə “Diqqət uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi çərçivəsində keçirilən tədbirlərlə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən profilaktiki işlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan polise.az-a verilən məlumata görə, bu istiqamətdə görülən tədbirlər çərçivəsində Lənkəran ŞRPŞ-nin dövlət yol polisi bölməsi və BDYPİ-nin “Siqnal” idarəsinin əməkdaşları tərəfindən təhsil müəssisələrinin yerləşdiyi ərazilər, həmçinin, məktəblilərin hərəkət marşrutlarında yol şəraiti müayinə edilərək bir sıra işlər görülüb. Bura yeni yol nişanlarının və işıqforların qoyulması və köhnələrinin yenisi ilə əvəzlənməsi, piyada zolaqlarının yenilənməsi və digər işlər daxildir. Məqsəd nəqliyyat vasitələrin sayının ilbəil artması fonunda yollarda hərəkətin təhlükəsizliyinin təmin olunması, o cümlədən məktəblilərin iştirakı ilə baş verən yol nəqliyyat hadisələrinin qarşısının alınması və azyaşlıların həyat və sağlamlıqlarının qorunmasıdır

Hamısını Göstər

Related Articles

Back to top button