Lənkəranda qohumunun evindən oğurluq edən şəxs saxlanıldı

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan polise.az-a verilən məlumata görə, Lənkəran şəhər sakini X.Abbasova evindən ümumi dəyəri 737 manat olan məişət əşyalarının oğurlanması ilə bağlı polisə müraciət edib. Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq faktını törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun ev sahibinin qohumu, Lənkəran sakini Tural Abbasov olduğu məlum olub. Saxlanıldıqdan sonra T.Abbasovun üzərinə keçirilən baxış zamanı 1 bükümdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbiri ilə isə rayonun Boladi kəndində yerləşən bir evdən 1700 ABŞ dolları oğurlayan əvvəllər məhkum olunmuş Telman Hadizadə saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button