Lənkəranda yarımtikilidən narkotik vasitələr aşkarlanıb

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan polise.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında Lənkəran şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçiriblər.Nəticədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Əkbərov saxlanılıb. Polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı həmin şəxsin  yaşadığı evin həyətindəki yarımçıq tikilidənümumilikdə 661 qramdan artıq narkotik vasitə heroin, tiryək və həşiş qətranı aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hamısını Göstər

Related Articles

Back to top button